EN

Bakı bu təklifimizi müsbət qarşıladı - Mirzoyan

Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflərini yarı-rəsmi olaraq müsbət qarşılayıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bizim Azərbaycan tərəfinə verdiyimiz təkliflər yarı-rəsmi müsbət qarşılandı. Mən bunu göstərmək üçün deyirəm, burada da müəyyən müsbət ab-hava formalaşıb”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, infrastrukturlar suverenlik çərçivəsində və yerləşdikləri ölkənin qanunlarına uyğun fəaliyyət göstərməlidir:

“Bundan əlavə, hər şey qarşılıqlılıq və bərabərlik prinsipi əsasında aparılmalıdır”.

Chosen
41
axar.az

1Sources