“Transfermarkt” İtaliya A seriyasının 10 ən bahalı futbolçusunun siyahısını açıqlayıb.
1-ci yerdə “İnter”in hücumçusu Lautaro Martinesdi. Onun bazar dəyəri 110 milyon avrodu. Növbəti iki yeri “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə “İnter”in eyni ampluada oynayan Nikola Barella bölüşürlər. Hər ikisinin bazar dəyəri 80 milyon avroya bərabərdi.
“Transfermarkt”ın siyahısını təqdim edirik (oyunçuların qiyməti milyon avro ilə göstərilib):
1. Lautaro Martines (İnter) 110
2-3. Xviça Kvaratsxeliya (Napoli) 80
2-3. Nikola Barella (İnter) 80
4. Rafael Leao (Milan) 75
5. Alessandro Bastoni (İnter) 70
6-7. Markus Türam (İnter) 65
6-7. Duşan Vlahoviç (Yuventus) 65
8-9. Teo Ernandes (Milan) 60
8-9. Qleyson Bremer (Yuventus) 60
10. Duqlas Luis (Yuventus) 55