EN

İlk inklüziv kafe PAŞA Holding-in dəstəyi ilə fəaliyyətə başlayıb

Bir müddət öncə, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə, PAŞA Holding-in eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, və Trendyol Azərbaycan-ın dəstəyi ilə təsis edilən ilk inklüziv “Kashalata” kafenin açilış mərasimi baş tutub.

Sözügedən təşəbbüsün məqsədi əlilliyi olan gənc şəxslərin işlə təmin olunmasını dəstəkləmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir.

Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gənc çalışır, onlardan 10-u fiziki məhdudiyyətli şəxslərdir.

Qeyd edək ki, qadınlar və uşaqlara dəstək PAŞA Holding-in korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm hissəsini təşkil edir. Bu məqsədlə, PAŞA Holding talassemiyadan və autizmdən əziyyət çəkən uşaqlar, kimsəsiz övladlar üçün yardım aksiyaları, qanvermə aksiyaları və digər buna oxşar müxtəlif layihələrə dəstək göstərir.

kashalata kafe paşaholding
Chosen
47
2
marja.az

3Sources