EN

DSX-nin Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır - Elşən Verdiyev

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti KomandanlığıCOP29-a hazırdır.

Trend xəbərverir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilənmediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.

O qeyd edib ki, COP29 tədbiri üçün ölkəyə gələn xaricivətəndaşların hava limanında sürətli keçidini təmin edilməsi üçüntədbirlər görülüb:

“Sənədlərin operativ yoxlanılması üçün xüsusi texnolojitəchizatlar hazır vəziyyətdədir və bu istiqamətdə zəruritapşırıqlar verilib”.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Chosen
110
32
az.trend.az

10Sources