Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.
Â
Senzor.az-ın məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.
Â
Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.
Â
Bundan başqa, məhkəmənin qərarı ilə A.Məmmədova məxsus olduğu bildirilən "Abad Şəmkir" MMC dövlətin balansına keçirilib.
Â
Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs cəzası verilib.