EN

Türkiyənin energetika naziri 2025-ci ildə qaz ticarət mərkəzinin açılacağını açıqlayıb

O, bu barədə “Milliyet” qəzetinə müsahibəsində danışıb.

“2025-ci ildə biz Bota və Qazprom ilə birgə İstanbul maliyyə mərkəzində ticarət platformasını idarə edəcək güclü bir infrastruktur yaradacağıq”.

Bayraktar əlavə edib ki, Türkiyə tərəflərə anlaşma memorandumu göndərib. Bundan əlavə, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana “Qazprom”a bu istiqamətdə göstəriş verəcəyini” təsdiqləyib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi olmaq istəyini nəzərə alaraq, Türkiyə tərəfinin Kiyev rejimi ilə hərbi-texniki əməkdaşlığının çaşqınlıq doğurduğunu bildirib.

DOĞRU.AZ

Chosen
43
1
dogru.az

2Sources