EN

"iPhone"dan sonra İndoneziya bu Google telefonunun satışını qadağan etdi

İndoneziyada Google Pixel smartfonlarının satışı qadağan edildi.

İndoneziya iPhone 16-ların satışını qadağan etdi

FED.az xəbər verir ki, bu addım ölkədə yerli istehsalı təşviq etmək və idxal olunan texnologiyadan asılılığı azaltmaq məqsədi ilə atılıb. Şirkətin verdiyi məlumata görə, hazırda Pixel telefonları İndoneziyada rəsmi olaraq satılmır. Google Pixel telefonlarının satışı, cihazlarda minimum 40% yerli komponentlərin istifadə edilməsinə dair tələblərə əməl edilmədiyinə görə dayandırılıb. 

"Bu qaydaları tətbiq etməyimizdə məqsəd İndoneziyada bütün investorlar üçün ədalətli şərait yaratmaqdır. Google-un məhsulları qoyduğumuz sxemə uyğun gəlmir və buna görə də burada satıla bilməz," – deyə Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arief bildirib. 

O, həmçinin qeyd edib ki, istehlakçılar Google Pixel smartfonlarını xaricdə əldə edə bilər və lazımi vergiləri ödəməklə ölkəyə gətirə bilərlər. Lakin rəsmi qurumlar xəbərdarlıq edir ki, qeyri-qanuni satılan cihazlar İndoneziyada aktivləşdirilə bilməyəcək.

Chosen
28
fed.az

1Sources