EN

İspaniyada daşqınlarda ölənlərin sayı 200-ü keçib

İspaniyanın cənub-şərqində tüğyan edən daşqınlar nəticəsində ölənlərin sayı 205 nəfərə çatıb.

Noyabrın 2-dək Krallıq ərazisində ümummilli matəm elan edilib.

Rəsmilər xeyli sayda itkin düşənlərin olduğunu bildirsələr də, onların sayı məlum deyil. O da qeyd olunur ki, dağıdıcı hadisəyə səbəb DANA sinfinə aid olduğu bildirilən güclü qasırğadır.

1957-ci ildən sonra xeyli sayda insanın ölümünə yol açan fəlakət özü ilə hidrometeorologiyada \"soyuq damcı” fenomeni kimi tanınan atmosfer hadisəsi də gətirib.
 
///APA
Chosen
21
7
azxeber.com

8Sources