İngiltərənin \"Mançester Yunayted\" klubu yeni baş məşqçisini açıqlayıb.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Ruben Amorimə tapşırılıb. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.
Amorim noyabrın 11-də işə başlayacaq. O, \"qırmızı şeytanlar\"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.
Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində \"Sportinq\"də işləyib.
///report