EN

ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR

Amerikalı dərman istehsalçıları Çindəki tərəfdaşlarla əməkdaşlıqdan uzaqlaşmağa başlayırlar.

Musavat.com xəbər verir ki, bu məlumatı "The Wall Street Journal" (WSJ) yayıb.

Qəzetin hazırladığı materialda qeyd olunur ki, proses geosiyasi problemlər və Biotəhlükəsizlik Aktı qanun layihəsinin qəbulu ilə əlaqədardır.

Məlumata görə, "AstraZeneca" kimi böyük əczaçılıq şirkətlərindən tutmuş "Amicus Therapeutics" kimi kiçik biotexnoloji firmalara qədər" istehsalçılar Çindən asılılığı azaltmağa çalışırlar.

Bildirilir ki, bu dəyişikliklər qiymətlərin bahalaşmasına və dərmanların istehsalında gecikmələrə səbəb ola bilər, çünki yeni təchizatçıların axtarışı vaxt və pul tələb edir.

WSJ yazır ki, bir çox təşkilat alternativ istehsal xətləri axtardığından şirkətlər fasiləsiz təchizat zəncirlərini saxlamaqda çətinliklərlə üzləşirlər.

Dəyişikliklər əlaqələrin tamamilə kəsilməsi demək olmasa da, tədarük zəncirlərinə təsiri nəzərə çarpır və şirkətlər yeni normaları istehsalı saxlamaq ehtiyacı ilə balanslaşdırmağa məcbur olurlar.

Qeyd edək ki, Biotəhlükəsizlik Aktı 2024-cü ilin sentyabrında ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsidir. Qanunda ABŞ bizneslərinin Çin və digər xarici biotexnologiya şirkətləri ilə milli təhlükəsizlik təhdidləri kimi təyin olunmuş əməkdaşlığını məhdudlaşdırmağa yönəlib. Qanun layihəsi federal agentliklərə bu cür şirkətlərdən avadanlıq və ya xidmətlər almağı və ya onlarla iş aparmağı qadağan edəcək. Onun qüvvəyə minməsi üçün Senat da təsdiq etməlidir. WSJ vurğulayır ki, 2024-cü ildə Senatda Biotəhlükəsizlik Aktının qəbulu perspektivləri qeyri-müəyyən olaraq qalır və qanunun hazırkı versiyası şirkətlərə 2032-ci ilə qədər siyahıdakı müəssisələrlə əlaqələri kəsməyə vaxt verir.

Musavat.com

Chosen
58
1
musavat.com

2Sources