Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərindəki polis binasına zərbə endirib, bir nəfər həlak olub, 40 nəfər yaralanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna polisi məlumat yayıb.
“Saat 22:00-a olan məlumata görə, şəhərə raket hücumu nəticəsində bir polis ölüb, daha 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, polis məntəqəsi S-400 raketləri ilə vurulub.