EN

"Məni teatrda istəmirdilər, qovurdular"

Xalq artisti Naibə Allahverdiyeva mənəvi anası adlandırdığı Xalq artisti Lətifə Əliyeva üçün "Bizimləsən" verilişinə gəlib. 

Qaynarinfo xəbər verir ki, N.Allahverdiyeva aktrisanın onun yaradıcılığına müsbət təsirindən danışıb:

"Bəzən deyirlər ki, Lətifə xanım bu dünyanın insanı deyil. Amma Lətifə xanım kimi insanlara görə bu dünya var. Dəyişmədi, qəlbi təmiz, nur kimidir. Teatra qədəm qoyanda əlimdən tutub otağına apardı. Məni otaqlara buraxmırdılar, əlimdə paltarlarım dəhlizdə qalmışdım. Yer tapmırdım paltarımı dəyişim. Lətifə xanım gəldi ki, niyə buradasan? Dedim ki, məni teatrda istəmirlər, otaqlardan qovurlar. Əlimdən tutdu ki, gəl otağıma və nə qədər istəyirsən otur".

Chosen
58
8
qaynarinfo.az

9Sources