EN

Elxan Məmmədov FİFA-dakı yeni işinə başlayıb

AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov FİFA-da təyin olunduğu yeni vəzifədə çalışmağa başlayıb.

İdman.biz xəbər verir ki, təyinatı sentyabrın ortalarında gerçəkləşən funksioner noyabrın 1-dən qurumun üzv assosiasiyalarla əlaqələr üzrə baş direktoru kimi fəaliyyətinə start verib.

O, bu vəzifədə təşkilatı tərk edən Kenni-Jan Marini əvəzləyib. Məmmədovun müavini vəzifəsinə isə İsveçrə millisinin sabiq futbolçusu Gelson Fernandes təyin olunub.

Məmmədov buna qədər tutduğu FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru kimi də əvvəlki rol və öhdəliklərini qoruyacaq. Onun müavini də Afrika üzrə müvafiq işini davam etdirəcək.

FİFA-nın rəsmi saytı onların təyinatı ilə bağlı dərc etdiyi yazıda həmyerlimiz barədə məlumat verib: “2022-ci ilin mayında FİFA-da işə başlamazdan əvvəl Elxan Məmmədov AFFA-da öncə baş katib, sonra isə icraçı vitse-prezidenti kimi özü üçün doğma Azərbaycanda idman standartlarının yüksəldilməsində qabaqcıl rol oynayıb. Avropa Milli Assosiasiyaları Departamentin rəhbərlik etmək üçün FİFA-ya qoşulduqdan sonra isə o, quruma Avropadan üzv olan assosiasiyasında “FIFA Forward ” proqramının həyata keçirilməsində əsas rol oynayıb. İsveçrə millisində 67 oyun keçirən Gelson Fernandes üç dünya çempionatında iştirak edib və zəngin futbolçu karyerasını bitirdikdən az sonra FİFA-da fəaliyyətə başlayıb. Onun ikili - İsveçrə və Kabo-Verde vətəndaşlığı var. Fernandes doğma klubu “Syon”un vitse-prezidenti vəzifəsindən ayrıldıqdan indiyədək FİFA-ya Afrikadan üzv olan 54 assosiasiyasında inkişafa cavabdeh olub”.

FİFA-nın baş katibi Mattias Qrafström təyinatlara münasibət bildirib: “Elxan Məmmədovun əhəmiyyətli təcrübəsi və ömrü boyu futbola bağlı olması ilə Gelson Fernandesin meydanda və kənarda əldə etdiyi nailiyyətlərdən qazandığı baxışı ilə birləşərək, FİFA-ya üzv 211assosiasiyamız qarşısındakı öhdəliyimizi gücləndirəcək. Biz onlarla ehtiyaclarına uyğun olaraq davamlı inkişaflarını təmin etmək üçün əməkdaşlıq edirik. Eyni zamanda, biz Kenninin son dörd ildə “FIFA Forward”ın təsirini gücləndirmək üçün verdiyi mühüm töhfəni, o cümlədən qlobal futbol infrastrukturlarının və proqramlarının inkişafı üçün vacib olan bu proqramın üçüncü dövrəsinin işə salınmasını qəbul edirik. Bundan əlavə, onun Paris ofisimizin uğurlu şəkildə yaradılmasındakı əsas rolu bizə üzv assosiasiyalarımızla gündəlik daha yaxın olmağa imkan verdi. Mən Kenniyə hər şey üçün səmimi təşəkkür etmək istəyirəm və ona gələcək üçün ən yaxşısını arzulayıram."

Məmmədov da təyinatını şərh edib: “Mən bu vəzifəsini tutmaqdan, öz təcrübəmi milli və qitə səviyyəsində FİFA-ya üzv bütün 211 assosiasiyaya çatdırmaqdan, Kenni və bütün komanda tərəfindən görülən mükəmməl işi davam etdirməkdən məmnunam”.

Fernandes də yeni işi barədə danışıb: "Meydanda və ondan kənarda futbolla bu qədər yaxından əlaqə qurmaq imkanı əldə edərək, bu vəzifənin verdiyi yeni çağırışları səbirsizliklə gözləyirəm. Kollektiv məqsədlərimizə çatmaqda Elxan və birliyimizi dəstəkləyəcəyəm."

İdman.biz

Chosen
57
idman.biz

1Sources