"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun "Bodo Qlimt"lə matçı üçün Norveçə yollanmazdan əvvəl məşqə çıxıb.
QOL.az xəbər verir ki, məşq Tofiq Bəhramov adına Respublika Stadionunda olub.
Ağdam təmsilçisi sabah günortadan sonra Budo şəhərinə yollanacaq.
Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşq gerçəkləşəcək.
Qeyd edək ki, "Budo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də keçiriləcək və saat 21:45-də başlayacaq.