EN

Abşeron-Xızı Regional Təhsil İdarəsindən daha bir səsli-küylü əməliyyat

Abşeron-Xızı Regional Təhsil İdarəsi  16 min manatlıq internet xidməti alıb.

News365.az-ın əldə etdiyi məlumata görə bununla bağlı "Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabeli Sumqayıt şəhər və Abşeron rayon üzrə məktəbəqədər təhsil müəssisələrinin internet xidmətinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi ilə müqavilə imzalayıb.

Müqavilənin digər tərəfdaşı ilə “Aztelekom” MMC-dir. Beləki, “Aztelekom” MMC-nin Abşeron və Sumqayıt telekommunikasiya qovşaqları ilə Abşeron-Xızı Regional Təhsil İdarəsi  arasında bağlanan müqavilənin dəyəri 15 min 984 manatdır.  

Xatırladaq ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri Abdullayeva İlhamə Sarif qızıdır. O tez-tez müxtəlif qanun pozuntuları ilə gündəmə gəlir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

News365.az

Chosen
45
news365.az

1Sources