EN

"Sülh danışıqları iki dövlət arasındakı əlaqələrin bərpası üçün vacibdir" - Politoloq

Ermənistan və Azərbaycan Tavuş istiqamətində delimitasiya yekunlaşdıqdan sonra Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib.

Paketin içində hansı şərtlər olacaq və Azərbaycan buna necə cavab verəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirdi ki, sülh müqaviləsi üzrə mübadilələr həyata keçirilməsi iki dövlət arasındakı əlaqələrin bərpası və tənzimlənməsi baxımından vacibdir.

"Birinci növbədə Azərbaycanla Ermənistanın sülh müqaviləsi layihəsinin mətni üzrə mübadilələr həyata keçirilməsi, iki dövlət arasındakı əlaqələrin bərpası və tənzimlənməsi baxımından mühüm bir elementdir. İkincisi, bu mübadilə proqramının intensivləşməsi sülh danışıqlarındakı, razılaşdırılmış məqamların irəliyə aparılmasını bir daha ictimaiyyətin və beynəlxalq aləmin diqqətinə çatdırır. Lakin hələ düşünmək olmaz ki, Ermənistan Bakıya Azərbaycanın strateji, mütləq maraqlarına cavab verən paketlər təqdim edib. Hərçənd inanmıram ki, İrəvan göndərilən təkliflərdə Azərbaycanın Zəngəzur dəhlizindən tutmuş Qərbi azərbaycanlıların qayıdışına qədər olan tələb və şərtləri nəzərə alınıb".

Aqşin

Politoloqun sözlərinə görə, Azərbaycan sülhün əldə olunması üçün İrəvan üzərinə öhdəliklər qoyur.

"Ancaq ümumilikdə sülh üzrə müsbət dinamika müşahidə olunmaqdadır. Bununla paralel olaraq Ermənistan tərəfindən ziddiyyətli davranışlar da nümayiş etdirilir. Çünki Ermənistan hələ də silahlanmanın qarşısını ala biləcək bir addım atmır. Əksinə, Hindistan və Fransadan silahlar almaqla regionda qüvvələr balansını dəyişə bilmək cəhdini nümayiş etdirir. Bununla belə digər bir məsələ ortaya çıxır. Azərbaycan İrəvan üzərinə öhdəliklər qoyur. Bu öhdəliklər ondan ibarətdir ki, Ermənistan hərbisizləşdirilməlidir, yəni Azərbaycanla münasibətlərdə irəliyə doğru bir addım atmaq istəyirsə, öz silahlı qüvvələrini yalnız müdafiə komponenti kimi inkişaf etdirə bilər. Bundan o tərəfə hər hansı bir addımların atılacağı və Ermənistanın hücum məqsədli silahlar alacağı təqdirdə Bakının cavabları daha sərt ola bilər".

Türkan İSGƏNDƏRLİ

Chosen
33
1
redaktor.az

2Sources