EN

Saudi Aramco-nun gəliri azalıb

2024-cü ilin üçüncü rübündə Səudiyyə Ərəbistanının dövlətə məxsus Saudi Aramco şirkətinin xalis gəliri 27,564 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 15,4 faiz (32,58 milyard dollar) azalma deməkdir.

Musavat.com şirkətin hesabatına istinadən xəbər verir ki, Saudi Aramco ikinci rübdə 29,1 milyard dollar xalis mənfəət əldə edib. Bu, əvvəlki rüblə müqayisədə 5,3 faiz azalmadır.

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti 2023-cü ilin üçüncü rübü ilə müqayisədə 12,1 faiz artaraq 35,2 milyard dollara, sərbəst pul vəsaitlərinin hərəkəti 8,4 faiz artaraq 22 milyard dollara çatıb.

Şirkətin rəhbəri Amin Nasser bildirib ki, Aramco, neft qiymətlərinin aşağı olmasına baxmayaraq, üçüncü rübdə dayanıqlı xalis gəlir əldə edib, güclü sərbəst pul axını yaradıb.

Saudi Aramco-nun kapital xərcləri üçüncü rübdə illik müqayisədə 20 faiz, illik müqayisədə isə 9 faiz artaraq 13,2 milyard dollar təşkil edib.
Üçüncü rübdə karbohidrogen hasilatının həcmi sutkada 12,7 milyon barel neft ekvivalenti (ikinci rübdə - 12,3 milyon barel, 2023-cü ilin üçüncü rübündə - 12,8 milyon barel) təşkil edib.

Musavat.com

Chosen
30
musavat.com

1Sources