EN

Öz qızına əsəbiləşən kişi surroqat ana vasitəsilə baba oldu

Ailədəki yeganə övlad olan bir qız valideynlərinə heç vaxt evlənməyəcəyini və onlara nəvələr dünyaya gətirməyəcəyini bildirib. Buna əsəbiləşən atası gizli şəkildə surroqat ananın xidmətindən istifadə edib.


Sfera.az bildirir ki, tragikomik hadisə Çində baş verib. Məlum olub ki, kişi uşağa doğum haqqında şəhadətnamə alarkən ana yerinə qeyd etmək üçün arvadının vəsiqəsini oğurlayıb. Qadın indi ondan boşanmağı planlaşdırır.


Adı Quo olan qadının bir gün evinə qucağında körpə olan başqa bir gənc qadın gəlir. Uşağın ona və ərinə aid olduğunu deyən qəribə qadını dayə kimi işə götürürlər.


Quo daha sonra ərinin agentliyə pul ödəyərək uşağın surroqat ana vasitəsilə doğulduğunu öyrənib.
 

Eyni zamanda, onların ümumi 29 yaşlı qızı Gao, atasının təkbaşına körpə böyütmək iqtidarında olmadığını iddia edir. Valideynləri boşandıqdan sonra uşağı böyütmək üçün qanuni məsuliyyət daşıyacağından narahatdır.
 

Ailə başçısının özü qızına surroqat anaya üz tutmasının səbəbini belə izah edib:
 

"Seçimin o deməkdir ki, mən heç vaxt baba olmayacağam. Səni böyütməyin nə mənası var? Əgər övladın yoxdursa, deməli, Çin mentalitetinə görə əcdadlarına hörmətsizlik edirsən"- deyə kişi bildirib.

 

Aynil

 

Chosen
52
sfera.az

1Sources