EN

Avropa Parlamenti ermənidən daha çox erməni olmağa çalışır - RƏY

Avropa Parlamentinin Azərbaycana qarşı uzunmüddətli ikili standartı davam edir. Onlar ermənidən daha çox erməni olmağa çalışırlar.

Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, avropalı deputatlar 30 il ərzində Azərbaycanın tarixi-mədəniyyət abidələrinin dağıdılmasına, torpaqlarımızın işğal altında talan edilməsinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və s. Məsələlərə laqeyd və biganə yanaşdılar:

"Erməni lobbisi, diasporu ilə qidalanan deputatlar indi fəallaşaraq Azərbaycana qarşı addımlara əl atırlar. Lakin onlar anlamalıdırlar ki, iddiaları əsassızdır. Həbs olunan ermənilər Azərbaycana qarşı cinayət törətdiklərinə görə həbs ediliblər, onlar cinayətkardırlar. Yəni, Azərbaycanda hərbi əsirlər yoxdur.

Digər tərəfdən, beynəlxalq hüquqda təsbit olunub ki, Qarabağ Azərbaycan ərazisidir. "Erməni irsi" adlandırılan isə sonradan qondarma şəkildə yaradılıb və onların çirkin məqsədlərinə xidmət edir".

Deputat hesab edir ki, ermənilər və ermənipərəst qüvvələrlə mübarizə üçün beynəlxalq müstəvidə səyləri davam etdirmək lazımdır:

"Hər bir xarici dövlət və beynəlxalq təşkilatla iş aparmalı, Azərbaycanın haqlı mövqeyini çatdırmalıyıq. Biz nə etsək də, bu cür böhtanlar olacaq. Amma biz beynəlxalq müstəvidə erməni yalanlarının ifşasında dayanmamalıyıq. COP29 sayəsində Azərbaycana çoxlu qonaqlar gələcək. Onlara bu məsələləri mütləq çatdırmaq lazımdır. Erməni təcavüzü və vandalizmini əks etdirən filmlər, kitablar, faktlar əcnəbilərin də diqqətinə çatdırılmalıdır. Onların azad olunmuş ərazilərə səfəri təşkil edilməlidir ki, bu vəhşilikləri gözləri ilə görsünlər. Biz erməni yalanlarına hazır olmalıyıq".

Qeyd edək ki, bu gün Avropa Parlamentinin 52 üzvü Avropa İttifaqı rəhbərliyinə Azərbaycanla bağlı əsassız və həqiqəti əks etdirməyən tələblər ünvanlayıb.

Chosen
25
far.az

1Sources