EN

Zelenskinin “qələbə planı” münaqişəni davam etdirəcək

Ukrayna lideri Vladimir Zelenskinin “qələbə planı” həyata keçirilə bilməz və bu münaqişənin davam etməsi üçün zəmindir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və Amerika Xarici Əlaqələr Şurasının fəxri prezidenti Riçard Haas məqaləsində bildirib.

“Qələbənin bu tərifi arzuolunandır, lakin həyata keçirilə bilməz. Başqa sözlə, Ukraynanın tərəfdaşlarının dəstəkləyə biləcəyi real strategiya yoxdur. Bu, qələbə planı deyil, davam edən müharibənin reseptidir”.

Dövlət Departamentinin keçmiş rəsmisi vurğulayıb ki, ABŞ Ukrayna Silahlı Qüvvələrini qabaqcıl silah sistemləri ilə təmin edə və onlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər, lakin bu, Ukrayna ordusuna kömək etməyəcək.


Müəllif: Arzu
Chosen
35
teleqraf.com

1Sources