EN

İçərişəhərdə muzeylərin iş saatı uzadılır

COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq. Bakıda keçiriləcək tədbir çərçivəsində İçərişəhərin muzeyləri, turizm məkanları və ictimai yerləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək. 

Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə səhər saat 10-dan axşam saat 10-dək turistləri qəbul edəcək.

Qeyd edək ki, Turist Məlumat Mərkəzi tərəfindən həmin vaxtda ziyarətçilərə piyada və elektromobil ilə qrup və ya fərdi turlar, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün isə müxtəlif dillərdə bələdçi xidməti təklif ediləcək.

Azərbaycan memarlığının nadir incisi olan İçərişəhərdə yüzlərlə tarixi abidə var. Bunlardan 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şəhər içərisində unikal şəhər olan İçərişəhərdə 1300-dən çox ailə yaşayır, bir neçə muzey, 18 otel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir. 

S.FİDAN 
XQ

 

Chosen
43
xalqqazeti.az

1Sources