EN

Dünyanın gözü orada:

ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.

Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.

Chosen
47
1
metbuat.az

10Sources