EN

Bunun xərcini “Qarabağ” ödəyəcək - 8 oturacaq sındırıblar

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan” komandasının 20 nömrəli futbolçusu Turan Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilir (maddə 36.5);

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 30-cu dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” komandası 800 manat cərimə edilir (maddə 52.1);

“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

“Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir (maddə 51.2);

“Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 54.2);

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);

Chosen
39
2
sportinfo.az

10Sources