EN

Anar Kərimov: Peşə hazırlığındakı boşluqlar işçilərin məhsuldarlığına mənfi təsir edir

Akademik fəaliyyət dövründə peşə hazırlığına yetərincə diqqət yetirilməməsi işçilərin məhsuldarlığına mənfi təsir göstərir.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, insanların akademik təhsil aldığı dönəmdə peşə hazırlığına yetərincə diqqət ayıra bilməmələri iş prosesində onların faydalı iş əmsalını aşağı salır:

“ESG platforması tələb edir ki, vətəndaşlar işə cəlb ediləndən sonra şirkətlər işçilərə büdcə ayırsın. Həmin büdcə ilə onlar davamlı təlimlərə göndərilməlidir. Biz əmək nazirliyi olaraq bu istiqamətdə işçilərlə daim maarifləndirmə işləri aparırıq, ESG standartları çərçivəsində gender bərabərliyi mövzusunda xüsusi təlimlər keçiririk”.

Chosen
35
far.az

1Sources