EN

Azərbaycanda keçiriləcək COP29 qlobal atəşkəsə çağırışlar üçün faydalı olacaq - MÜRACİƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ümidvarıq ki, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin, dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacaq.
"Report" xəbər verir ki, bu barədə COP29-un Dünya Dini Liderlərinin Qlobal Sammiti iştirakçılarına müraciətdə qeyd edilib.
Qeyd olunub ki, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışı bəyənilir:
"Biz, Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyənir və ona öz dəstəyimizi ifadə edirik. Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. İşğalçı qonşu dövlətin hərbi cinayətlərinə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərinə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir. COP 29 Bakı tədbirində təklifimizin dəyərləndirilməsini və yeni təsis olunacaq dini liderlər platformasına təşkilati, maddi və mənəvi baxımdan hərtərəfli dəstək göstərilməsini istərdik. Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın həmsədrliyi ilə COP sədrləri üçlüyü dövründə Dini Liderlərin COP ilə davamlı əməkdaşlıq etməsi üçün effektiv platformanın təmin edilməsi BMT tədbirləri adına böyük nailiyyət, real töhfə ola bilər".
Chosen
119
50
oxu.az

10Sources