EN

Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyə hazırdır - Sadır Japarov

Bişkek. Trend:

Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyəhazırdır.

Trend xəbər verir ki, bunuQırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk DövlətləriTəşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü çərçivəsindəbildirib.

O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasını (COP29) qəbul edəcək.

"Biz bu mühüm sammitin uğurla keçirilməsi üçün ən yaxşıarzularımızı bildiririk və qardaş Azərbaycan Respublikasınıhərtərəfli dəstəkləməyə hazırıq", - S.Japarov vurğulayıb.

Onun sözlərinə görə, konfrans çərçivəsində Qırğızıstan "Dağgündəminin təşviqi, dağlar və iqlim dəyişikliyi məsələlərininBMT-nin İqlim Dəyişikliyi çərçivə konvensiyasına daxil edilməsi"mövzusunda yüksək səviyyəli görüş keçirəcək.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
71
3
az.trend.az

10Sources