EN

“URBAN CREW” şirkəti COP 29ərəfəsində “ACWA Power” şirkətinin rəsmi nümayəndəsidir

(®) Bu ilin 11-22 noyabrında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcəkdir.  

Bu, qlobal istiləşmənin qarşısının alınması, iqlim dəyişikliyinə uyğunlaşma və bu məqsədlər üçün maliyyələşmənin səfərbər edilməsi tədbirlərinin müzakirə olunacağı vacib bir tədbirdir.

Konfransın zamanı bir çox şirkətlər gücləndirilmiş iş rejimində işləyəcəklər.

“URBAN CREW” şirkəti də  COP29 zamanı  gücləndirilmiş iş rejimində çalışacaqdır. Belə ki, şirkət dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan “ACWA Power” şirkətinin COP29  zamanışirkətin tədbirinin təşkilatçılığını, məkan idarəetmə (DMC) işlərini yerinə yetirəcək, iştirakçıların rahatlığı və loqistika işlərində yüksək səviyyədə xidmət göstərəcəkdir. 

Bu barədə “URBAN CREW” şirkətinin direktoru Ülviyyə Cəlilzadə məlumat verib.

Ü.Cəlilzadə bildirib: “ACWA Power” şirkətinin tərəfdaşı olmaq bizim üçün məsuliyyətli bir işdir.  COP 29 konfransı çərçivəsində məsuliyyətli iş həyata keçirəcəyik. Belə ki,  “ACWA Power” şirkəti Bakıda keçiriləcək möhtəşəm COP29 tədbirinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olaraq çox böyük tərbir həyata keçirəcəkdir. Həmin tədbirin təşkilatçılığını, məkan idarəetməsi işlərini, iştirakçıların rahatlığı və loqistika işlərini “URBAN CREW” şirkəti həyata keçirəcəkdir. Hal-hazırda tam sürətilə hazırlıq işlərimiz davam edir. İnanırıq ki, peşəkar komandamızla hər işi yüksək səviyyətə həyata keçirəcəyik”.

Qeyd edək ki, “URBAN CREW” şirkəti  müxtəlif növ tədbirlərin təşkilini, tədbir məkanlarının rezervasiyasını, tədbirlərin logistikasını, qonaqların otellərə yerləşdirməsini, qonaqlar üçün daxili turların təşkilini, biznes müzakirələri üçün görüş otaqlarının və texniki dəstəyin təmin edilməsini həyata keçirir.

URBAN CREW Ülviyyə Cəlilzadə ACWA Powertədbirlərin təşkili rezervasiya logistika qonaqlar otellər yerləşdirmə turlar
Chosen
34
3
marja.az

4Sources