EN

Avropa İttifaqı Nümayəndəliyi “Bizi birləşdirən su” adlı fotosərginin açılışını edir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə
birgə beşinci “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizi birləşdirən su” fotosərgisini təşkil
edəcək. Sərginin mövzusu Azərbaycanın qısa zamanda ev sahibliyi edəcəyi ən böyük COP29 konfransı
üçün irəli sürdüyü təşəbbüslərdən birini əks etdirir.
Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya,
Slovakiya və İsveç səfirlikləri çay və şəlalələr kimi təbiətdə suyun füsunkar şəkillərini, eləcə də Avropa
şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim ediblər.
“Bu, incəsənət və ekologiyanı birləşdirən unikal bir sərgidir. Biz, Aİ-na Üzv Dövlətlərdən alınan valehedici su
fotoları vasitəsilə su ehtiyatlarının həyatın hərəkətverici qüvvəsi kimi əhəmiyyətli rol oynadığını göstərmək
istəyirik. Su insanlar və təbiət, həmçinin iqlimi tənzimləmək baxımından vacib resursdur. Bu, iqtisadiyyat, kənd
təsərrüfatı və enerji hasilatı baxımından da çox vacibdir. Bu cür sərginin təşkil edilməsi ilə Bakıda COP29
ərəfəsində suyun oynadığı rol və onun qorunmasına olan ehtiyac bir daha vurğulanır”, – deyə Aİ-nin səfiri
Peter Michalko bildirib.
Bizi birləşdirən su fotosərgisi 7-10 noyabr tarixlərində Nizami küçəsi, 154B (Landmark Biznes Mərkəzinin
yaxınlığında, Fransız-Azərbaycan Universiteti ilə üzbəüz) ünvanında yerləşən “Fabrica” Qalereyasında
ictimaiyyət üçün açıq olacaq. Sərgiyə giriş pulsuzdur.
FantazEU Mədəni İrs Festivalının proqramına həmçinin milli geyim sərgisi, incəsənət sərgiləri, canlı incəsənət
vorkşopu, ölkələrindən onlayn şəhər turları s. daxildir. Son məlumatları Azərbaycanadaki
Nümayəndəliyinin Facebook səhifəsindən əldə etmək olar.
https://www.facebook.com/EUDelegationtoAzerbaijan/.
“Arts Council Azerbaijan” Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən
müqavilə ilə bu Festivala təşkilati dəstək göstərir.
Chosen
36
3
xalq.az

4Sources