EN

Tramp 132 ildən sonra ilkə imza atdı – ABŞ tarixində bunu cəmi bir nəfər bacara bilmişdi

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp gözlənilənlərin əksinə demokrat rəqibi Kamala Harrisi məğlub etməyi bacarıb.

"AzPolitika" xəbər verir ki, ABŞ-nin sayca 47-ci prezidenti seçilən Tramp, bu seçki zəfəri ilə həm də ABŞ tarixinə düşüb.

Belə ki, Tramp 132 ildən sonra ABŞ-nin iki müddətə fasilə ilə seçilən ikinci prezidenti olub.

Qeyd edək ki, Trampdan əvvəl bunu cəmi bir ABŞ prezidenti -  Qrover Klivlend bacara bilmişdi. Klivlend 1885-1889-cu illərdə ölkəyə rəhbərlik etdikdən sonra 1888-ci il seçkilərində məğlub olmuşdu. 1892-ci ildə Respublikaçı prezident Benjamin Harrisonu məğlub edərək dörd illik fasilədən sonra geri qayıdan Klivlend indiyədək ABŞ tarixində fasilə ilə iki dəfə seçilən ilk və tək prezident idi.

Xatırladaq ki, D.Trampın ilk prezidentlik dövrü 2017-ci ilin yanvarında demokrat rəqibi Hillari Klinton üzərində qazandığı qələbə ilə başlamışdı. O, daha sonra 2020-ci ildə keçirilən seçkidlərdə demokrat rəqibi Co Baydenə məğlub olmuş və 2021-ci ildə prezidentlik postunu tərk etmişdi. 2024-cü ildə Respublikaçılar Partiyasının praymerizlərində qalib gələrək yenidən namizəd olan Tramp, Harrisi məğlub etməklə, ikinci dəfə prezidentlik yarışından qalib çıxmağı bacarıb.

“AzPolitika.info” 

Chosen
21
azpolitika.info

1Sources