EN

Rusiya türkləri deportasiya edir: Əvəzində bu ölkədən işçilər cəlb edəcək

Rusiyaya başqa qitədən işçi qüvvəsi göndərilə bilər.

Publika.az TASS-a istinadla xəbər verir ki, Rusiyada tikinti sənayesi yüksəliş dövrünü yaşayır və yeni işçilərə ehtiyac var. Miqrantlar üçün qanunvericilik sərtləşir, lakin insan resurslarına ehtiyac aradan qalxmayıb.

Mərkəzi Asiyadan olan (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) miqrantların əvəzinə Zimbabvedən olan işçilər Rusiyaya gələ bilər. Bu barədə yerli “The Herald” qəzeti respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişinin görüşündən sonra məlumat verib.

Zimbabve də Rusiyanın malik olduğu irimiqyaslı mənzil tikintisi təcrübəsini mənimsəməkdə maraqlıdır. Söhbət ilk növbədə sosial mənzillərdən gedir.

Xatırladaq ki, Rusiyada son altı ayda miqrantlarla bağlı qanunvericilik tədricən sərtləşdirilib. İddia edilir ki, miqrantların iştirakı ilə baş verən hadisələrin sayının artması səlahiyyətliləri hərəkətə keçməyə vadar edir.

Chosen
33
3
publika.az

4Sources