EN

Mastercard və Rabitəbank Azərbaycanda karbon kalkulyatorunu təqdim edib

Mastercard Rabitəbankla tərəfdaşlıq çərçivəsində Azərbaycanda ətraf mühitin dayanıqlılığı istiqamətində atılan addımları dəstəkləmək məqsədilə məqsədilə Karbon Kalkulyatorunu istifadəyə verib.

"APA-Economics" xəbər verir ki, bu innovativ alət istehlakçılara öz təqribi karbon izlərini daha yaxşı anlamağa kömək edir. Artıq Rabitəbank vasitəsilə təqdim olunan Mastercard Karbon Kalkulyatoru azərbaycanlı istehlakçılara daha məlumatlı və ətraf mühitə həssas xərcləmə qərarları verməyə həvəsləndirir.

İsveçrəninDoconomyinnovasiya startapı ilı birgə hazırlanmış Mastercard Karbon Kalkulyatoru istifadəçilərə müxtəlif kateqoriyalar üzrə alış-verişləri əsasında təxmini fərdi karbon emissiyalarının aydın təsvirini təqdim edir. Bu həll daha məlumatlı alış-veriş qərarlarını dəstəkləməklə qlobal və milli dayanıqlılıq məqsədlərinə töhfə verir.

"MastercardRabitəbankıabirgə dahadayanıqlı seçimləretmək üçünilhamlandıran, məlumatlandıranvə bunumümkünedən, həmçininətrafmühitə təsiriazaldanrəqəmsalhəllərtəqdimetmək öhdəliyinə sadiqdir. RabitəbankınKarbonKalkulyatorunutətbiqetməsimüştərilərinə iqlimdəyişikliyiniazaltmaq üçünqlobalsəylərə qoşulmaqimkanverəcək," deyə Mastercardn Türkiyə və Azərbaycan üzrə Baş Meneceri Avşar Gürdal bildirib.

"Rabitəbankolaraqbizmüştərilərimiziplanetimizə müsbəttəsiredənməlumatlı qərarlarverməyə təşviqetməyingücünə inanırıq. AzərbaycandaMastercardKarbonKalkulyatorunuistifadəyə verməklə cəmiyyətimizinətrafmühitə təsiriniidarə etməsinə və dahadayanıqlı birgələcəyə töhfə verməsinə köməkedirik. BuəməkdaşlıqMastercardilə birgə dayanıqlılığavə gələcəknəsillərinrifahınınyüksəldilməsinə olansadiqliyimizinümayiş etdirir," - deyə Rabitəbank ASC-nin İdarə Heyətinin sədri Dr. Aydın Hüseynov qeyd edib.

Milli İlqimHədəflərinə Dəstək

Mastercard Karbon Kalkulyatoru artıq 12 ölkədə, o cümlədən Bolqarıstan, Honq Konq, Macarıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, İspaniya, Tayvan, BƏƏ və Böyük Britaniyada yerləşən 33 müştəri ilə fəaliyyət göstərir.

Karbon Kalkulyatoru Mastercardn karbon emissiyalarını azaltmaq və qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Şirkət 2040-cı ilə qədər sıfır xalis tullantı hədəfinə çatmağı planlaşdırır və 2028-ci ilə qədər Mastercard şəbəkəsindəki bütün fiziki ödəniş kartlarının istehsalında ilkin olaraq PVC plastiklərindən mərhələli şəkildə imtinanı tələb edənDayanıqlı Kartlar Proqramı”nı hazırlayıb. Bu günə qədər 108 ölkədə 750-dən çox emitent 685 milyon kartın təkrar emal edilmiş və bioəsaslı materiallara keçidini təmin etmək üçün qeydiyyatdan keçib. Mastercard ətraf mühitin dayanıqlılığını biznesinin fəaliyyətinin mərkəzinə qoyaraq hər kəs üçün daha keffiyyətli həyat yaratmaq üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən məlumat, bilgi və texnologiya üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.

Chosen
18
10
apa.az

10Sources