Olaylar.az-ın məlumatına görə, nazir Francois-Philippe Champagne "təhlükəsizlik risklərini" əsas gətirərək "TikTok"un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.
Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini ifadə edən Francois-Philippe Champagne, "Vətəndaşların kiber təhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir" bildirib.
Qeyd edək ki, may ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault "TikTok" sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırıb.