EN

Trampın QAYIDIŞI - Zelenski narahatdır, Putin isə...

Donald Trampın ABŞ prezidenti postuna qayıtması ilə dünya liderləri beynəlxalq münasibətlərdə gözlənilən dəyişikliklərə hazırlaşırlar. Bu dəyişikliklər bəzi liderlər üçün üstünlük, digərləri üçün isə təhlükə yarada bilər.

Musavat.com xəbər verir ki, "Bloomberg" Trampın yenidən hakimiyyətə gəlməsinin hansı liderlərə fayda verəcəyini və kimləri çətin vəziyyətə sala biləcəyini analiz edib.

Qaliblər:

Binyamin Netanyahu — ABŞ-ın İrana qarşı dəstəyinin artacağına və Fələstin məsələsində sərt xəttin davam edəcəyinə ümid edir.

Narendra Modi — beynəlxalq ittihamlara baxmayaraq Trampın dəstəyinə və Moskva ilə əlaqələrin qorunmasına ümid edir.

Vladimir Putin — Qərbdəki fikir ayrılıqlarından istifadə edib Ukraynada mövqeyini gücləndirməyi planlaşdırır.

Məhəmməd bin Salman — ABŞ ilə təhlükəsizlik paktı üzrə danışıqların yenilənməsinə ümid edir.

Kim Çen In — regionda ABŞ-ın hərbi mövcudluğunun azalacağını gözləyir.

Məğlublar:

Volodimir Zelenski — ABŞ dəstəyinin azalacağından və Rusiyanın xeyrinə güzəştə getmək üçün təzyiqlərin artacağından narahatdır.

Si Cinpin — yüksək tariflər tətbiq olunması təhlükəsi ilə üz-üzədir ki, bu da Çin iqtisadiyyatına zərər verə bilər.

Olaf Şolts — Almaniyanın ticarət balansı və avtomobil sektoru səbəbindən təzyiqlərlə qarşılaşacağını gözləyir.

Emmanuel Makron — texnoloji şirkətlərin vergiyə cəlb olunması ilə bağlı mümkün ticarət münaqişələri ehtimalını nəzərə alır.

Lula da Silva — Bolsonarunun Tramp tərəfindən dəstəklənən konservativ hərəkatının güclənəcəyindən narahatdır.

Musavat.com

Chosen
30
50
musavat.com

10Sources