EN

Pompeo Ukraynaya görə Baydeni qınadı

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Bayden  administrasiyasının Ukraynaya münasibətini tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.

O xüsusən də Vaşinqtonun Kiyevə yardım göstərməklə bağlı yanaşmasını tənqid edib. 

Pompeonun sözlərinə görə, münaqişənin başlanmasından sonra Ukraynaya göstərilən yardım “çox ləng, yetərsiz, gecikmiş” olub. 

Keçmiş dövlət katibi vurğulayıb ki, Konqres Ukraynaya dəstək üçün 174 milyard dollardan çox vəsait ayrılmasını təsdiqləyib, amma Co Bayden administrasiyası bu vəsaitdən lazımi şəkildə istifadə etməyib.
 

Məlumatda qeyd olunur ki, Pompeo sentyabrda Kiyevə səfəri zamanı Ukraynaya kömək üçün daha sərt strategiya təklif edib. O, növbəti ABŞ hökumətini Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, Amerika silahlarının Ukraynada istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa və Kiyevə silah tədarükü üçün 500 milyard dollarlıq “Lend-Liz” proqramı yaratmağa çağırıb.


Qeyd edək ki, Pompeo ABŞ-ın yeni prezidenti Trampın administrasiyasında müdafiə naziri vəzifəsinə iddialıdır.

Rəna, Bizim.Media

Chosen
53
bizim.media

1Sources