EN

“Qarabağ”ın pley-off perspektivi

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”i (Norveç) məğlub edib – 2:1.

FutbolPress“in məlumatına görə, “atlılar” ilk qələbəsini qazanaraq turnir cədvəlində 29-cu sıraya yüksəlib.

Avropa Liqasının yeni formatına əsasən, 36 komandalı yarışda birinci 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü pillədə qərarlaşanlar isə 1/8 finala vəsiqə üçün pley-off oynayacaq.

“Qarabağ” 4 turdan sonra 22-ci sıradakı “Portu”dan bir xal geri qalır. Bundan əlavə, 9-cu “Lion”la arada 4 xal fərqi var. “Qarabağ”ın növbəti oyunu məhz fransızlara qarşı Bakıda olacaq. “Atlılar” qələbə sayəsində “24-lüy”ə daxil ola bilər. Qarşıda hələ 4 oyun var və komandalar arasındakı xal fərqi böyük deyil. “Qarabağ”ın xüsusilə Bakıda, azarkeşləri önündə qazanacağı xallar komandanı pley-offa apara bilər.

“Qarabağ”ın növbəti 4 oyunu:

28 noyabr – Qarabağ – Lion (Fransa)
13 dekabr – Elfsborq (İsveç) – Qarabağ
23 yanvar (2025) – Qarabağ – Styaua (Rumıniya)
31 yanvar (2025) – Olimpiakos (Yunanıstan) – Qarabağ.

Chosen
49
futbolpress.az

1Sources