EN

Laçın şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli dövlət tədbiri keçirilib » AzadMedia.az

 
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-ninəməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, iştirak ediblər.
 
Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirildirilib.
 
Tədbiri giriş sözü ilə açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, 8 Noyabr - Zəfər Günümüzü qeyd edərkən hər birimiz şəhidlərimizin, qazilərimizin və veteranlarımızın əzmkarlığı, şücaəti və misilsiz qəhrəmanlığı qarşısında baş əyirik: “Məhz onların qanı, canı və fədakarlığı bahasına bu müqəddəs torpaqlarda yenidən azadlıq havasını qürurla yaşayırıq. Allah şəhidimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza möhkəm can sağlığı diləyirik”.
 
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin izi var.
 
Birinci Qarabağ müharibəsi şəhidi Vaqif Salmanzadənin qızı Vüsalə Salmanzadə bildirib ki, yüzlərlə Laçın sakini və qonaq bu bayramda bir araya gələrək, zəfərimizin şərəfinə keçirilən tədbirdə iştirak edirlər: “Laçınlılar bu il də Zəfər Günü münasibətilə yenidən öz doğma torpaqlarının üstündə əzmlə addımlayır, öz gələcəyinə qətiyyətlə irəliləyir. Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərmizə can sağlığı diləyirəm. Yaşasın Ali Baş Komandan, yaşasın qalib ordumuz!”
 
44 günlük İkinci Qarabağ müharibəsi qazisi, şəhid Ədalət Məmmədova adına Zabux kənd orta məktəbinin Hərbi rəhbəri Taleh İsgəndərli isə 44 günlük Vətən müharibəsində az da olsa, payının olmasından şad olduğun deyib.
 
Döyüş yolundan danışan qazi 2020-ci ilin oktyabrında Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığını, bir müddət komada qaldığını deyib: “Ali Baş Komandan cənab İlham Əliyev minlərlə qəhrəman hərbçimiz kimi, məni də orden və medallarla təltif etdi. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən çalışdığım Zabux kəndində evlə təmin olunmuşam. Göstərilən diqqət və qayğıya görə, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”.
 

Milli Qəhrəman Oqtay Gülalıyevin həyat yoldaşı Afət Novruzova çıxışında şahid ailəlrinə olan diqqətə görə dövlət başçısına, Prezidentin xüsusi nümayəndəsinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.

Müharibə veteranı Elçin Abbaszadə isə çıxışında deyib ki, bu gün hamımız üçün müqəddəs olan tarixi anı — Zəfər Gününü qeyd edirik: “Bu zəfər bizə təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzu qaytardı. Bu gün bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək, öz qəhrəman əsgərlərinə, zabitlərinə dərin ehtiramını ifadə edir”.
 
Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “Lacinema” kino mərkəzinə qədər bayraq yürüşü keçirilib.
 
Konsert proqramı “Lacinema” kino mərkəzində bədii hissə ilə davam edib. Şanlı zəfərimizin ildönümünə həsr olunmuş bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artistləri, Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adını daşıyan xor kollektivi, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu və gənc solistlər, o cümlədən xanəndələr, aşıqlar iştirak edib, məktəblilərin iştirakı ilə milli rəqslər nümayiş olunub, şerlər səsləndirilib.
Təqdimatdan sonra Azərbaycanın Milli qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Chosen
37
13
azadmedia.az

8Sources