EN

Qədim bitki demensiya ilə mübarizədə

Alimlər demensiya ilə mübarizədə müasir dərmanlarla uduzduğunu görüb, üzlərini təbabətə çevirib.

Medianews.az sağlamolun.az-a istinadən xəbər verir ki, Osaka Metropolitan Universiteti tibb fakültəsindən xüsusi təyin olunmuş professor Takami Tomiyamanin rəhbərlik etdiyi tədqiqat qrupu çin təbabətində istifadə olunan ənənəvi dərman bitkisi olan qurudulmuş hünnə toxumlarınin (ziziphus jujuba miller var. Spinosa) idrak və dayaq-hərəkət sisteminin fəaliyyətini bərpa etdiyini müəyyən edib.

Tədqiqatın nəticələri eLifescience-da dərc edilib. Siçanlar üzərində aparılan ilkin tədqiqatlar müsbət nəticə göstərib.

Hünnə toxumunun qaynar suda dəmləyib içməyin sadəcə demensiyaya deyil, həm də alzheimer, parkinson xəstəliyində də nəzərə çarpacaq irəliləyiş göstərdiyi məlum olub.

Bundan əlavə toxumlar toz halına salınıb model siçanlara vurulduqda, komanda model siçanların koqnitiv funksiyasinin sürətlə bərpa olunduğu məlum olub.

Chosen
24
8
medianews.az

10Sources