EN

Xanın kəndi qazlaşır! » AzadMedia.az


8 noyabr 2024-cü il... Şanlı Qarabağ zəfərindən 4 il ötür. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən işğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xankəndi şəhərində də qaz təchizatında infrastrukturun bərpası və yenidən qurulması istiqamətində sürətlə işlər davam etdirilir. Ümumi uzunluğu 41 min metr yeraltı qaz xətti təsbit edilib, mavi yanacaq veriləcək binaların qaz kəmərlərində kipliyə sınaq işləri həyata keçirilib və bir çox binalarda bu işlər tamamlanıb. SOCAR-ın "Azəriqaz" İB-nin Qarabağ Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarovun sözlərinə görə Xankəndi şəhərində yeraltı qaz xətləri ilə yanaşı, 25 yaşayış binasının dik boruları və mənzildaxili qaz xətləri kipliyə sınaq olunub. "Sözügedən binalarda 470 ədəd smart-kart tipli sayğac quraşdırılıb ki, onlardan 170 abonent ilk mərhələdə təbii qazla təmin olunacaq", - deyə Regional İdarənin rəisi məlumat verib.
Qeyd edək ki, 8 noyabr saat 08:44 tarixində Xankəndi şəhərində ilk mərhələdə 170 abonentin mavi yanacağa əlçatanlığı təmin edilib.

Daha ətraflı video materialdan izləyə bilərsiniz:
Chosen
49
3
azadmedia.az

10Sources