EN

Kurskda qadın döyüşçü əsir düşüb

Rusiyanın “Şimal” hərbi qruplaşmaları Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (VSU) qadın əsgərini əsir götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, sıravi atıcı Natalya Balaklitskaya Kursk vilayətinin sərhəd bölgəsində ələ keçirilib. Qadın özü bildirib ki,   Ukrayna Silahlı Qüvvələrinin sıralarına könüllü kimi gəlib.

Noyabrın 8-ə olan məlumata görə isə bir həftə ərzində 47 ukraynalı əsgər əsir kimi Rusiya bölmələrinə təslim olub.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
16
34
news365.az

10Sources