EN

Marşal Adalarının Prezidenti Azərbaycana səfərə gəlib

Bakı. Trend:

Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine BMT-ninİqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilənoyabrın 9-da Azərbaycan Respublikasına səfərə gəlib.

Trend xəbər verir ki, hər ikiölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev BeynəlxalqAeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri FəridQayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Chosen
35
3
az.trend.az

10Sources