EN

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Chosen
43
49
yeniazerbaycan.com

10Sources