EN

Borrell Kiyevə gəldi: Ukraynaya dəstək arxa plana keçir?

Avropa Birliyinin (AB) rəhbəri Josep Borrell Kiyevə gəlib. O, sonuncu səfərində Ukraynaya hərbi yardım etməyi qarşı tərəflə nəzərdən keçirəcək, müzakirələr aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə J.Borrell özünün "X" hesabında yazıb.

Diplomat etiraf edib ki, Ukraynadakı münaqişə arxa plana keçib.

Onun sözlərinə görə, bu, onun Kiyevə AB diplomatik xidmətinin rəhbəri kimi sonuncu səfəridir. Borrell vurğulayıb ki, Ukraynaya dəstək AB gündəminin əsas mövzusu olaraq qalmaqda davam edəcək.

Xatırladaq ki, bir gün əvvəl AB ölkə liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi görüşündə Borrell bildirib ki, səfər zamanı Kiyevə yardım göstərilməsini ölkə hakimiyyəti ilə müzakirə etməyi planlaşdırır.


Müəllif: Teleqraf.com
Chosen
40
teleqraf.com

1Sources