Misli Premyer Liqasının 13-cü turunda “Səbail”lə oyundan sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev xal itirdikləri matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 1:1 hesabı ilə nəticələnən oyunla bağlı bunları dilə gətirib:
"İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmadı. İkinci hissədə səhvləri düzəldib, daha yaxşı təsir bağışladıq. İkinci hissəni nəzərə alsaq, iki xal itirdiyimizi deyə bilərəm. Meydanın süni örtüklü olmasından şikayətim yoxdur. Şərtlər hamı üçün eynidir.
Aqressiv idim? Belə deməzdim. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar".
Qeyd edək ki, "Turan Tovuz" son dəqiqələrdə bərabərlik qolunu vuraraq, məğlubiyyətdən qaça bilib.