“The New York Times”: “Müharibə qəhrəmanı Atatürk yüksələn bir millət yaratdı”
Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürkün 1938-ci il noyabrın 10-da vəfatı təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində kədər və göz yaşları ilə qarşılanıb. Dost ölkələrdə bayraqlar yarıya endirilib, ümummilli matəm elan edilib, hətta məktəblər bağlanıb.
Sherg.az həmin vaxt dünya mətbuatında iz qoyan ağrılı və emosional başlıqları təqdim edir.
Alman mətbuatı Ulu Öndər Mustafa Kamal Atatürkün vəfatını tərif və hüzn dolu sözlərlə elan edib.
Qəzet "Atatürk Türkiyəni heç bir düşməni olmadan tərk etdi. Bu, zəmanəmizin heç bir dövlət liderinin əldə edə bilmədiyi bir məqamdır" yazıb.
Amerikanın aparıcı qəzetlərindən olan “The New York Times”da Atatürkü anan media qurumları arasında idi.
Qəzet xəbəri, "Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürk 1938-ci ildə, bu gün vəfat etdi" ifadələri ilə yayıb.
Manşetində isə deyilirdi: “Müharibə qəhrəmanı olan Atatürk yüksələn bir millət yaratdı”.
İngiltərənin “Financial Times” qəzeti xəbəri tam səhifədə “Kamal Atatürk: Türkiyə Cümhuriyyətinin qurucusu” başlığı ilə oxucuları ilə paylaşıb.
Fransanın “Le Figaro” qəzeti birinci səhifəsində Ulu Öndərin itkisini oxucuları ilə bölüşüb.
Atatürkün ölümü ilə bağlı yazılan məqalədə bu ifadələr işlədilirdi: “O, polad boz gözlərini Şərqin işıqlarına bağlayan möcüzəli insan idi”.
Fransanın “Paris Soir” qəzeti xəbəri “Kamal Atatürk vəfat etdi” başlığı ilə açıqlayıb.
Qəzet Mustafa Kamalı yüksək qiymətləndirərək, Ulu Öndərin müasir Türkiyəni yaratdığını, qadınları azad etdiyini, milli sənaye qurduğunu bəyan edib.
Fransanın “Excelsior” qəzeti “Müasir Türkiyənin qurucusu Kamal Atatürk dünən səhər dünyasını dəyişdi” başlıqlı xəbərində prezidentliyə 4 namizədin olduğunu açıqlayıb.
“Sunday Times” qəzeti Atatürkün ölüm xəbərinin uzun sürən xəstəlikdən sonra gəldiyini yazıb.
“Hindustan Times” da Atatürkün ölümünə geniş yer ayırıb.
Atanın ölümü “Müasir Türkiyənin qurucusu dünyasını dəyişdi” sözləri ilə elan edilib.
Qəzet manşetlərinin birində Mustafa Kamalı “məğlubiyyətdən zəfər yaradan əsgər” adlandırıb.