EN

İstanbulda azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb

Bakı. Trend:

İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən azərbaycanlıtələbələr arasında keçirilən futbol turniri başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki,oktyabrın 30-dan start götürmüş turnirə qatılan komandalar işğaldanazad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”,“Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”,“Füzuli” və “Zəngilan” adlandırılıb.

İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında keçirilib.Turnirin final oyunu isə 8 Noyabr – Zəfər Günündə baş tutub.Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzəgəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Xocavənd” komandasıqələbə qazanaraq, “Zəfər Kuboku”nun sahibi olub.

Turnirin bağlanış mərasimində Türkiyə və Azərbaycanın dövləthimnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əzizxatirəsi ehtiramla yad edilib.

Sonra TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək,qalib komandanın üzvlərini təbrik edib və “Xocavənd” komandasına“Zəfər Kuboku”nu təqdim edib. Turnirdə iştirak edən digərkomandalara isə sertifikatlar təqdim olunub.

Turnir iştirakçıları öz növbəsində bu gözəl təşəbbüsə görətəşkilatçılara minnətdarlıqlarını bildirərək, bu kimi idmantədbirlərinin mütəmadi keçirilməsini arzu ediblər.

Chosen
27
1
az.trend.az

2Sources