EN

“Qarabağ” da "Barselona”nın lider olduğu siyahıya daxil edildi

"Qarabağ” Avropanın ölkə çempionatlarında ən çox qol vuran 20-ci klubudur.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın geridə qalan dönəmində 28 qola imza atmaqla buna nail olub.

Qurban Qurbanovun yetirmələri Ukrayna “Şaxtyor”u (Donetsk) kimi, 11 matçda 28 dəfə fərqlənib. Bununla “Qarabağ” və “Şaxtyor” 20-ci yerə şərikdirlər.

Hazırda Avropanın ən məhsuldar komandası isə “Srvena Zvezda”. Belqrad klubu Serbiya çempionatının 13 matçında hesabına 43 qol yazdırıb.

İkinci sırada 12 görüşə 40 top sığdıran “Barselona” qərarlaşıb. Uelsin TNS komandası isə 13 oyunda vurduğu 39 qol sayəsində ilk “üçlüy”ü bölüşür.

“Qarabağ” aktivinə hər matçda təxminən 2,5 qol yazdırır.

Chosen
38
sportinfo.az

1Sources