EN

Həyat yoldaşını öldürən Qazaxıstanın keçmiş naziri Bişimbayev yoxa çıxdı

Həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirli bilinən Qazaxıstanın keçmiş naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "AIRAN" telekanalı məlumat yayıb.

Bişimbayevin saxlanmalı olduğu koloniyadan yoxa çıxması barədə məlumatı vəkili də təsdiqləyib.

Qazaxıstanın hüquq-mühafizə orqanları Bişimbayevin yoxa çıxmasından sonra harada olması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlinə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Arzu
Chosen
61
14
teleqraf.com

10Sources