EN

COP29-da Bakı Stadionunda Günəş Enerjisindən istifadə olunacaq

COP29 Bakı Stadionunda enerji səmərəliliyi və dayanıqlılıq üçün tarixi addımlar atılır.

Bu barədə COP29-un rəsmi instaqram səhifəsində məlumat verilib.

Məlumatda deyilir:

“11-22 noyabr tarixlərində baş tutacaq COP29 konfransının keçiriləcəyi Bakı Stadionunda elektrik tələbatını ödəmək üçün üç əsas bərpa olunan enerji mənbəyi istifadə olunacaq: Günəş Enerji Sistemi, HVO bioyanacaq generatorları və hidro-stansiyalar.

Konfrans zamanı istifadə ediləcək elektrik enerjisinin tamamilə bərpa olunan mənbələrdən təmin olunması, tədbirin dayanıqlı inkişaf prinsiplərinə uyğun həyata keçirildiyini göstərir.

Bütün bu təşəbbüslər COP29 tədbirinin Azərbaycan və dünya üçün yaşıl enerji və dayanıqlılıq sahəsində bir meyar kimi çıxış etməsini təmin edir”.\Ajans.az

“Cebheinfo.az”

Chosen
35
cebheinfo.az

1Sources