EN

"Ukraynaya Rusiyanın hərbi obyektlərinə zərbələr endirməsinə icazə verilməlidir" - Jozep Borrel

"Ukraynanın gurultulu alqışlara deyil, tanklar, qırıcılar, HHM və döyüş sursatlarına ehtiyacı var..."
 
Avropa İttifaqının xarici siyasət üzrə Ali Komissarı Jozep Borrel Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə uzaqvuran silahla zərbələr endirmək üçün icazə verilməsinə açıq şəkildə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Ukrayna XİN rəhbəri Andrey Sibiqa ilə Kiyevdə birgə mətbuat konfransında bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
Borrel deyib ki, onun Kiyevə gəlişi Avropa İttifaqı tərəfindən Ukraynaya dəstəyin sarsılmazlığının nümayişi deməkdir, çünki Ukrayna Rusiya təcavüzündən müdafiə olunmaqda davam etməlidir.
 
"İlk gündən demişəm ki, Ukraynanın alqışlara ehtiyacı yoxdur. Prezident Zelenski və Ukrayna xalqının gurultulu alqışlara ehtiyacı yoxdur. Hər dəfə onların cəsur olduğunu və onların mübarizəsinin çox vacib olduğunu deməyə ehtiyac yoxdur. Bu barədə danışmaq yaxşıdır, amma tanklar, qırıcılar, HHM və döyüş sursatları vermək daha vacibdir", - Borrel vurğulayıb.
 
O, qeyd edib ki, müharibədə döyüş sursatları və lazımi hərbi potensial olmadan döyüşmək olmaz. Bu zaman o, qeyd edib ki, ukraynalılar daha çox silah və onların daha sürətli çatdırılmasını tələb edib.
 
"Mən buna daima çağırış etmişəm. Biz daha çoxunu və daha sürətlə etməliyik və bu, indiyədək həqiqət olaraq qalır", - o, vurğulayıb. Borrel qeyd edib ki, Ukraynaya Rusiyanın hərbi obyektlərinə Qərbin uzaqvuran silahı ilə zərbələr endirməsinə icazə verilməsinə təkid edəcək.
 
Onun sözlərinə görə, zaman insan həyatı ilə ölçülür, ona görə də hər gün Ukraynaya nə qədər yardım göstərilməsi barədə gündəlik müzakirələr gedərkən Ukrayna insanlarını itirir. O, eyni zamanda deyib ki, Ukraynaya yalnız ədalətli və uzunmüddətli sülh gərəkdir.
 
"Ona görə də bizim mövqeyimiz dəqiqdir: Ukrayna nə zaman və hansı məqsədlərlə danışıqlar masası arxasında əyləşməyə özü qərar verməlidir. Avropa İttifaqı sizin tərəfinizdə möhkəm dayanıb. Sadəlovh olmaq lazım deyil, Putin danışıqlar istəmir və o, məcbur edilməyənədək danışıqlar aparan deyil", - Borrel vurğulayıb.
 
O, deyib ki, Avropa İttifaqı Ukraynaya 45 milyard dollar hərbi yardım edilib. "Biz bilirik ki, dəstəyimizi artırmalıyıq". O, həmçinin deyib ki, Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən Ukrayna üçün silah alışı və Ukraynanın silah istehsalına investisiya qoymaq üçün istifadə etməyə başlayıb.
Chosen
20
50
moderator.az

10Sources