EN

İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır

"İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır".

News24.az xəbər verir ki, bu barədə COP29 çərçivəsində keçirilən "İqlim Məsələsində Qlobal Ədalət Uğrunda" adlı tədbirdə deyilib.

Konfrans zamanı, həmçinin inkişaf etməkdə olan ölkələrin üzləşdiyi iqlim problemlərinə də toxunulub.

"Third World Network" təşkilatının nümayəndəsi Meena Raman COP29 tədbirində iqlim dəyişikliyi probleminin həllində ayrı-ayrı inkişaf etmiş ölkələrin öhdəliklərinə diqqət çəkməyin vacibliyini vurğulayıb.

"Asiya Borclanma və İnkişaf Uğrunda Xalq Hərəkatı" qeyri-hökumət təşkilatının nümayəndəsi Kler Miranda iqlim dəyişikliyi ilə mübarizəyə sərf olunacaq maliyyə vəsaitinin həcminin 5 trilyon dollaradək artırılmalı olduğunu söyləyib:

"Bu vəsait təkcə iqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılmasına deyil, həm də bütövlükdə adaptasiya məsələləri və keçid dövrünü də nəzərə almalıdır".

"IBON International" İqlim Dəyişikliyi ilə mübarizə Qeyri-Hökumət Təşkilatının rəsmisi Jax Bongon isə bildirib ki, inkişaf etmiş ölkələr faydalı qazıntı

istifadə edərək, iqlim dəyişikliyinin qarşısını almağa vəsait yatırmaqdan yayınmağa çalışırlar. Bu isə qlobal cənubu təmsil edən dövlətlərə mənfi təsir edir. Hesab edirəm ki, iqlim maliyyələşməsi qorumalı olduğu dövlətlərə ziyan vurmamalıdır". \\apa.az


Chosen
9
1
news24.az

2Sources